Pazabənzər DEFORMASİYA

13 Mart 2025, 01:23

Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların II mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11–25 dərəcə arasında olması ilə xarakterizə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

III mərhələ döş qəfəsinin deformasiyası, arxadan əyrilik qövsünün qabarıq tərəfində arxa qabırğa donqarının, öndən əyrilik qövsünün basıq tərəfində az ifadə olunmuş ön qabırğa donqarının təyin edilməsi, onurğanın bel hissəsində – lordoz, fəqərə və disklərin ifadə olunmuş torsiyası və pazabənzər deformasiyası, əyilmə bucağının 26–50 dərəcə arasında olması ilə xarakterizə olunur.