Yüksək intensivlikli güclü aqressiv təsir dərəcəli maye mühitlərdə gücləndirilmiş yapışdırma izolyasiya nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Gücləndirilmiş izolyasiyalar həmçinin kanal və suaxıdıcı novların altında və onları hər tərəfdən 1 m məsafəyə qədər uzaldılmaqla nəzərdə tutulmalıdır. Yuma üçün işlədilən su və aqressiv texnoloji məhlulların döşəmələrdən kənarlaşdırılması məqsədilə, istismar prosesində müşahidə edilməsi və təmiri mümkün olan, düzxətli sahələrinin maksimal uzunluqda olması ilə suaxıdıcı kanal və novlar nəzərdə tutulmalıdır.