Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.
Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.