ABŞ-ın Massaçusets ştatının sahillərində balıqçı gəmisinin toruna qadın meyiti ilişib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, balıqçılar limana qayıdandan sonra tutulan cəsədləri polisə təhvil veriblər. Məhkəmə-tibbi ekspertiza qadının təxminən 60 yaşında olduğunu müəyyən edib.

Onun çoxsaylı bədxassəli şişləri olduğu üzə çıxıb.

Səlahiyyətlilər qadının böyük ehtimalla dənizdə basdırıldığı qənaətinə gəliblər. Ekspertlər onun şəxsiyyətinin müəyyən edilməyəciyini bildirirlər.