
“Boranı” restoranında yanğın söndürülüb.
Heftelik.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***
saat 10.18
Bakıda “Boranı” restoranında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.
