İsidilən binaların, nəm və ya yaş rejimli hissələrinin konstruksiyaları üçün mühitin aqressiv təsir dərəcələri nəm zonalar üçün layihələndirilən isidilməyən binalarda olduğu kimi təyin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Havanın və eləcə də bina daxilinin duz, toz və aerozollarla çirklənməsi onların orta illik qatılığı 0,3 mq/(m2×gün)-dan az olmadıqda nəzərə alınmalıdır.