Yükdaşıyan polad konstruksiyaların səthlərinin qoruyucu örtük çəkilməzdən əvvəl oksidlərdən (çapaqların, pasların, şlak parçalarının) təmizlik dərəcəsi cədvəl 30-da verilmiş tələblərə müvafiq olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Aqressiv olmayan təsir dərəcəli mühitlər üçün nəzərdə tutulmuş və DÜİST 9.402-yə müvafiq olaraq səthləri Q dərəcəsinə qədər oksidləşmiş yükdaşıyan konstruksiyaların yalnız qopmuş paslardan və çapaqlardan təmizlənməsinə yol verilir.