Orta və yüksək intensivlikli orta və güclü aqressiv təsir dərəcəli mühitlərdə, qrunt üzərində döşəmələr layihələndirilərkən, qrunt sularının mövcudluğu və onların səviyyəsindən asılı olmayaraq döşəməaltı qatlarda əlavə izolyasiyalar nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Döşəmə və ondan yuxarı səviyyədə avadanlıqlar altında yerləşən bünövrələr, döşəmə konstruksiyası ilə kəsilməz bütöv hidroizolyasiya qatına malik olmalıdır. Bu izolyasiya qatının bütövlüyünün saxlanılması üçün kompensatorların quraşdırılması və ya digər bu kimi tədbirlər nəzərdə tutulmalıdır.
