Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.
Hesablama Palatasından daməlumat təsdiqlənib.
Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi son dövrlər qalmaqallarla diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nağıyevə şiddətli töhmət elan olunub.