Özünün və müəssisənin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək, müəssisədə professor-müəllim heyəti, dekan və kafedra müdiri, elmi işçi vəzifələrinin tutulması ilə bağlı keçirilmiş seçkilər zamanı prosedur qaydalarının pozuntusuna yol verildiyi müəyyən edildiyi hallarda, seçkilərlə bağlı nəticələri ləğv etmək, Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında müəssisənin cari fəaliyyətinə dair hesabatlar vermək,müəssisənin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək, müəssisənin əmlakından müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək və müəssisəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək keçirmək rektorun vəzifələri sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.