İdxal-ixrac əməliyyatları barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar və kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar araşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar, dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar, digər səlahiyyətli orqanlardan alınan məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar da araşdırılmalıdır.
