Nikahın pozulması haqqında akt qeydi tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
Nikahın pozulması haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavə) tərtib edilərkən 1-15-ci qrafalarda nikahı pozulanların hər biri haqqında məlumatlar onların təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq aşağıdakı qaydada göstərilir:
– 1-3-cü qrafalarda müvafiq olaraq kişinin və qadının nikah pozulanadək və nikah pozulandan sonra daşımaq istədikləri soyadları, adları, ata adları yazılır.
– 4-cü qrafada doğulduğu gün, ay, il və nikahın pozulmasının dövlət qeydiyyatı gününə tamam olmuş yaşı göstərilir.
– 4-1-ci qrafada nikahı pozulanların doğulduğu yer, 4-2-ci qrafada vətəndaşlığı yazılır.
– 5-ci qrafada nikahı pozulanların ərizədə göstərdikləri milliyyətləri.
– 6-cı qrafada yaşayış yerinin ünvanı (respublika (ölkə), rayon (şəhər), qəsəbə, kənd, küçə, bina, mənzil) yazılır. Şəxsiyyəti təsdiq edən sənəddə bu barədə əksini tapmayan məlumatlar akt qeydində göstərilmir.
