Polad konstruksiyaların qaynar sinklənməsi (qatın qalınlığı 60-100 mkm olduqda) əvəzinə, bolt, qayka və şaybalar istisna olunmaqla kiçik elementlərin (uzunluğu 1 m-ə qədər) qalvanik sinklənməsinə və ya sonradan xromlamaqla kadmirlənməsinə (qatın qalınlığı 42 mkm olduqda) yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda bolt birləşdirmələrinin kənara çıxan hissələrinin sonradan III və IV qrup lak-boya örtüklərlə əlavə mühafizə yerinə yetirildiyi halda bolt, qayka və şaybaların mühafizəsi üçün istifadə edilməsinə yol verilir. Bu halda mühafizə laylarının qalınlığı 21 mkm-dən artıq olmamalı, yivlər daxilində qoruyucu örtüyün qalınlığı yol verilə bilən xətaların müsbət həddini aşmamalıdır.