Açıq havada yerləşdirilmiş rezervuarların polad konstruksiyaların xarici səthlərinin lak-boya örtüklərilə qorunması halında lak-boya materiallarının tərkibinə alüminium tozu daxil edilməsi nəzərdə tutulmalıdır (əlavə 15 əsasında).
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Qabaritsiz rezervuarların rulon şəklində hazırlanmış lak-boya örtüklərinin nəzərdə tutulmuş bütün qatlarının konstruksiya səthlərinə quraşdırma meydançasında çəkilməsinin nəzərdə tutulmasına yol verilir.
