Qeyd yazılmadığı halda edilmiş dəyişikliyin hüquqi qüvvəsi olmur.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Akt qeydindəki mövcud olmuş məlumatlarla dəyişiklik nəticəsində yazılmış yeni məlumatları fərqləndirmək üçün dəyişikliklərin edilməsi zamanı yalnız qırmızı rəngli qələmdən istifadə olunmalıdır. Akt qeydlərinin tərtib edilməsində bu Təlimatın tələblərinə riayət olunmasına inzibati ərazi vahidlərində qeydiyyat şöbəsinin rəisi nəzarət edir.