Qoruyucu konstruksiyalar kimi yapışdırılmış faner panelləri tətbiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Taxtadan düzəldilmiş dam örtüklərinin döşənəklərinin və divar panellərinin üzlüklərinin tətbiq olunmasına yalnız onların korroziyadan mühafizə tələblərinin təmin olunması şərti ilə yol verilir.
Orta və güclü aqressiv təsir dərəcəli kimyəvi mühitlərdə istismar olunan ağac konstruksiyalar üçün aşağıda verilən əlavə tələblər nəzərdə tutulmalıdır:
– konstruksiyaların hazırlanması üçün iynəyarpaqlı (şam, küknar və s.) növdən olan oduncaqlar tətbiq edilməli;
– konstruksiya elementlərinin yapışdırılması fenol, rezorsin və fenol-rezorsin yapışdırıcıları ilə həyata keçirilməli;
– yükdaşıyan konstruksiyalar bütöv en kəsikli (yapışdırılmış, tirli) elementlərdən layihələndirilməlidir.