Kərpicdən olan konstruksiyalara tərkibində xlorid, sulfat, nitrat və digər duzlar olan məhlulların və aşındırıcı qələvi məhlulların təsir etdiyi maye mühitlərin aqressiv təsir dərəcələri, məhlulda miqdarları 10-dan yuxarı 15 q/l-ə qədər olduqda zəif aqressiv kimi, 15-dən yuxarı 20 q/l-ə qədər – orta aqressiv kimi, 20 q/l-dən yuxarı olduqda – güclü aqressiv kimi qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Silikat kərpiclərdən olan konstruksiyaların aqressiv maye mühitdə tətbiq olunmasına yol verilmir.