Övladlığa götürmə akt qeydinin 6-cı qrafadan 10-4-cü qrafayadək valideynlər haqqında məlumatlar övladlığa götürülən uşağın doğumu haqqında akt qeydinə əsasən yazılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
11-16-cı qrafalarda övladlığa götürənlər haqqında məlumatlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinə və övladlığa götürənlərin təqdim etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq yazılır. Uşaq tək ərin (arvadın) övladlığına verildikdə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstəriş olan hallar istisna edilməklə 11-16-cı qrafalarda digər arvad (ər) haqqında məlumatlar yazılmır.