41 yaşlı kişi intihar etdi

17 Mart 2025, 09:27

Ağsunun Rəhimli kənd sakini intihar edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 15-i saat 7 radələrində 1984-cü il təvəllüdlü Raman Ağaqulu oğlu Feyzullayev yaşadığı evin həyətində özünü asaraq həyatına qəsd edib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.