Övladlığa götürmə akt qeydinin 17-ci qrafasında məhkəmə qətnaməsindən asılı olaraq “yazılır” və ya “yazılmır” sözləri qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
18-ci qrafada övladlığa götürmə haqqında məhkəmə qətnaməsinin tarixi, nömrəsi və onu çıxarmış məhkəmənin adı göstərilir. 19-cu qrafada müvafiq olaraq övladlığa götürənlər imza edirlər. 20-ci qrafada övladlığa götürmə haqqında verilən şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 21-ci “Qeydlər üçün” qrafada övladlığa götürmənin dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.