Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların IV mərhələsi onurğanın və döş qəfəsinin kobud, təsbit olunmuş deformasiyası, düz proyeksiyada çəkilmiş rentgenoqramda fəqərələrin yan proyeksiyada görünməsi və əyilmə bucağının 50 dərəcədən böyük olması ilə xarakterizə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilməməlidir.