İsti su rezervuarlarının daxili səthlərinin qorunması (sualtı hissədə) elektrokimyəvi mühafizə, suyun səthinə AQ-4 germetik təbəqəsi çəkməklə rezervuar daxilində onun təkrar olaraq oksigenlə zənginləşməsi və suyun deaerasiyası ilə qarşısının alınması həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

İsti su rezervuar və çənlərinin sualtı hissəsinin yağdan təmizlənmiş astarsız səthinə 200 mkm (3 qat) qalınlığında V-JS-41 markalı emalla boyadılmaqla qorunmasının nəzərdə tutulmasına yol verilir.