Doğum haqqında akt QEYDİ

17 Mart 2025, 01:01

“Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”a riayət edilməsinə ümumi nəzarəti Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Doğum haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə) tərtib edilərkən 1-19-cu qrafalarda uşaq və onun valideynləri haqqında məlumatlar təqdim edilmiş tibbi sənədə, şəxsiyyətləri təsdiq edən sənədlərə və onların doğumu haqqında şəhadətnamələrə, habelə doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsinə uyğun olaraq aşağıdakı qaydada göstərilir:

–  1-3-cü qrafalarda müvafiq olaraq uşağın soyadı, adı və ata adı yazılır.

– 4-cü qrafada cinsi göstərilir.

– 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur.

– 6-cı qrafada doğulduğu yer (şəhər (kənd), vilayət (ölkə, respublika) yazılır.

– 7-ci qrafada doğulmuş uşaqların sayı (bir, iki, üç və sair) göstərilir.

– 8-ci qrafada uşağın diri və ya ölü doğulduğu göstərilir.