Fəqərələrin ROTASİYASI

17 Mart 2025, 01:22

Fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (II mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.) və kliniki və rentgenoloji müayinələrlə aşkar edilmiş ağır fiziki yük zamanı ağrı sindromu və deformasiyaların aydın anatomik əlamətləri olan məhdud deformasiyaedici spondilyoz (3 və daha çox fəqərə cisminin zədələnməsi) və fəqərələrarası osteoxondroz (3 və daha çox fəqərələrarası diskin zədələnməsi) “c” bəndinə daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.