Bina və qurğuların elektroliz istehsal sahələrinin və sabit cərəyanla elektrikləşdirilmiş relsli nəqliyyatın dəmir-beton konstruksiyalarının vəziyyəti korroziya ehtimalı baxımından təhlükəlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Bununla əlaqədar həmin konstruksiyalar layihələndirilərkən elektrokorroziyadan mütləq qaydada mühafizə tədbirləri nəzərdə tutulmalıdır.