İnşaat konstruksiyalarının mühafizəsi korroziyaya davamlı materiallar tətbiq etməklə və konstruktiv tələbləri yerinə yetirməklə (ilkin mühafizə), konstruksiyaların səthinə metal, oksid, lak-boya, metallı-lak-boya və mastika örtükləri, sürtkü, təbəqə, üzlük və digər materiallar çəkməklə (təkrar mühafizə), həmçinin elektrokimyəvi üsullar tətbiq etməklə həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
İnşaat konstruksiyalarına təsir dərəcəsinə görə mühitlər qeyri aqressiv, zəif aqressiv, orta aqressiv və güclü aqressiv olmaqla növlərə ayrılır.