Orta və güclü aqressiv mühitlərində olan istehsalat binalarında polad sütun və çatı fermalarının addımı 12 m və daha çox olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Güclü aqressiv mühitlərində istismar olunan istehsalat binalarının polad konstruksiyaları bütöv divarlarlı layihələndirilməlidir.
Cədvəl 24
| Yerləşgələrin nəmlik rejimi Nəmlik zonası (AzDTN 2.12-4 üzrə) | Əlavə 1-ə görə qaz qrupları | Metal konstruksiyalara mühitin aqressiv təsir dərəcələri | ||
| isidilən binaların daxilində | isidilməyən binaların daxilində və ya talvar altında | açıq havada | ||
| Quru Quru | A | Aqressiv olmayan | Aqressiv olmayan | Zəif aqressiv |
| B | ” | Zəif aqressiv | ” | |
| C | Zəif aqressiv | Orta aqressiv | Orta aqressiv | |
| D | Orta aqressiv | ” | Güclü aqressiv | |
| Normal Normal | A | Aqressiv olmayan | Zəif aqressiv | Zəif aqressiv |
| B | Zəif aqressiv | Orta aqressiv | Orta aqressiv | |
| C | Orta aqressiv | ” | ” | |
| D | “ | Güclü aqressiv | Güclü aqressiv | |
| Nəm, yaş Nəm | A | Zəif aqressiv | Orta aqressiv | Orta aqressiv |
| B | Orta aqressiv | “ | “ | |
| C | “ | Güclü aqressiv | Güclü aqressiv | |
| D | “ | “ | “ | |
| Qeyd: 1. Mühitin təsirinin aqressivlik dərəcələri qiymətləndirilərkən karbon qazının təsiri nəzərə alınmır; 2. Alüminium konstruksiyalara aqressiv mühitlərin təsir dərəcələri qiymətləndirilərkən A və B qrupları üzrə qatılıqda olan kükürd dioksidi, hidrogen sulfidinin, azot oksidlərinin və amonyakın təsiri nəzərə alınmır; A qruplu qazlarla nəm zonada aqressiv təsir dərəcələri zəif aqressiv kimi qiymətləndirməlidir. | ||||
