Texniki cəhətdən əsaslandırılmış hallarda polad konstruksiya səthlərinin pas və çapaqlardan təmizlənmə dərəcəsinin bir pillə artırılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Lak-boya örtükləri altındakı qoruyucu polad konstruksiyaların səthləri I-ci təmizlik dərəcəsinə qədər təmizlənməlidir. Alüminium konstruksiya səthlərinin lak-boya örtüklər çəkilməzdən əvvəl oksidlərdən təmizlənmə keyfiyyəti normalarla tənzimlənmir.