Konstruksiyalar kimyəvi davamlı materiallar (polimerlə modifikasiya olunmuş oduncaqlar, şüşəplastiklər və s.) və minimum miqdarda metal birləşdirici detallar tətbiq etməklə layihələndirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Metal birləşdirici detallar tətbiq olunduqda onların korroziyadan qorunması nəzərdə tutulmalıdır. Ağac konstruksiyaların bioloji agentlərin təsirindən yaranan korroziyadan mühafizəsi antiseptikləşdirilmə, konservasiya, lak-boya materialları ilə örtüklər və ya kompleks təsir tərkibli səthi hopdurma tədbirlərini nəzərdə tutur.