Müəssisənin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müəssisənin adından əməliyyatlar aparmaq, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə müəssisənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri müəssisənin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlamaq və onların yerinə yetirilməsini təmin etmək, fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək, kargüzarlığın və arxiv işinin aparılmasını təmin etmək, müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək və müəssisənin daxili audit bölməsi yaradıldığı halda, onun fəaliyyətinə şərait yaratmaq rektorun vəzifələri sırasındadır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.