Nikahın pozulması haqqında akt qeydinin 7-ci qrafasında iş yeri və vəzifəsi, əyani təhsil alan şəxslər üçün isə təhsil müəssisəsinin adı və təhsil pilləsi göstərilir. Nikahı pozulan şəxs işləmədiyi halda bu qrafada “işləmir” sözü yazılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

8-ci qrafada nikahı pozulan kişinin və qadının təhsilinə uyğun olan məlumatın altından xətt çəkilir. 9-cu qrafada pozulan nikahın dövlət qeydiyyatına alındığı gün, ay, il və nikah haqqında akt qeydinin nömrəsi, 10-cu qrafada isə nikahı dövlət qeydiyyatına almış orqanın adı göstərilir (nikah məhkəmənin qətnaməsi əsasında pozulduqda məlumatlar qətnaməyə, ərizə əsasında pozulduqda nikah haqqında şəhadətnaməyə uyğun yazılır).

11-ci qrafada nikahın pozulmasının dövlət qeydiyyatının əsası:

–  nikah məhkəmənin qətnaməsi əsasında pozulduqda qətnamənin tarixi, nömrəsi, onu çıxarmış məhkəmənin adı;

– nikah ər-arvadın qarşılıqlı razılığı üzrə pozulduqda onların bu barədə ərizəsinin verilmə tarixi və daxilolma nömrəsi;

– nikah ər-arvaddan birinin ərizəsi üzrə pozulduqda arvadın (ərin) xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsinin tarixi, nömrəsi, onu çıxarmış məhkəmənin adı əks olunur.