Qazşəkilli aqressiv daxili mühitli dəmir-beton borular üçün möhkəmliyi B30 sinfindən, şaxtayadavamlılıq üzrə markası F200-dən, sukeçirməzlik üzrə markası isə W8-dən az olmayan beton tətbiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Tüstü və qaztüstü baca borularının dəmir-beton gövdələri, eləcə də kükürd birləşmələri tərkibli qazşəkilli aqressiv mühitli kanalizasiya boruları üçün sulfatadavamlı portlandsement və ya mineral əlavəli sulfatadavamlı portlandsement əsasında beton tətbiq olunmalıdır.