Sink və alüminiumla qazotermik püskürdülmə qaynaqlı, boltlu və pərçimli birləşməli polad konstruksiyaların korroziyadan qorunması nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Quraşdırma birləşdiricilərinin qaynaq yerlərində qazotermik püskürdülmə yerinə yetirilmir. Konstruksiya quraşdırıldıqdan sonra birləşmələrin korroziyadan mühafizəsi qazotermik püskürdülmə üsulu və ya protektor astarlanma tətbiq etməklə, III və IV qrup lak-boya örtüklər nəzərdə tutmaqla yerinə yetirilməlidir.