Klinkerin tərkibində üçkalsiumlu alüminatın C3A  miqdarı 7%-i aşmayan mineral əlavəli portlandsementlərin tətbiq edilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Beton boru üçün doldurucu kimi maqmatik süxurlardan, fraksiyalaşdırılmış qırmadaşdan, eləcə də kvarsdan və ya çöl şpatı qumundan istifadə olunmalıdır. Kanalizasiya borularının betonu üçün bənd 5.13-də verilmiş tələblərə cavab verən karbonat süxurlarından doldurucuların tətbiq edilməsinə yol verilir.