Mənfəət vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə, Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir.