Kimyəvi aqressiv mühit təsirində konstruksiya səthlərinin lak-boya materiallarla örtülməsi və ya komleks təsirli tərkiblərlə hopdurulması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Ağac konstruksiyaların bioloji agentlərin təsirlərindən yaranan korroziyadan mühafizəsi üsulları cədvəl 20 -də verilmişdir. Ağac konstruksiyaların qazşəkilli, bərk və maye mühütlərdən yaranan korroziyadan mühafizəsi üsulları cədvəl 21-də verilmişdir. Oduncaqların qorunması üçün lak-boya materiaların siyahısı əlavə 8-də verilmişdir.