Dərinözüllü stasionar platformalar istisna olmaqla dəniz neftqazmədən hidrotexniki qurğuları layihələndirilərkən nələrə yol verilmədiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Dərinözüllü stasionar platformalar istisna olmaqla dəniz neftqazmədən hidrotexniki qurğuları layihələndirilərkən aşağıdakılara yol verilmir:

  1. a) dövri isladılma zonalarında rabitə elementlərinin yerləşdirilməsi (dayaq, çəp dirək, qaynaq tikişləri);
  2. b) rabitələrin dayaqlara xamutlarla birləşdirilməsi;
  3. c) vaxtaşırı isladılma zonalarında aşırım qurğularının yerləşdirilməsinə.

Bu məhdudiyyətlər aşağıda verilən dərinözüllü stasionar platforma konstruksiyalarına şamil edilir:

– Xəzər dənizində qurğular üçün – suyun səviyyəsindən ən azı 1 m hündürlükdə olan halda;

– digər akvatoriyalardakı qurğular üçün –suyun səviyyəsinin vaxtaşırı və mövsümü dəyişmə hündürlüyü zonasında.