Fiziki halına görə mühitlər qazşəkilli, bərk və maye mühitlərə ayrılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Təsir xüsusiyyətlərinə görə mühitlər kimyəvi və bioloji aktiv mühitlərə ayrılır. Zavodda hazırlanan inşaat konstruksiyalarının səthinin qorunması zavod şəraitində yerinə yetirilməlidir. Mühitin aqressiv təsir dərəcəsini azaltmaq məqsədilə inşaat konstruksiyaları layihələndirilərkən:
– müəssisələrin baş planının, həcmi-planlaşdırma və konstruktiv həllərin külək gülü və eləcə də qrunt sularının axın istiqaməti;
– texniki avadanlıqların mümkün ola bilən maksimum germetikləşdirilməsi, axıcı-sorucu havalandırma (ventilyasiya), buxar, qaz və tozların ən çox ayrılma yerlərində sorucu qurğular nəzərdə tutulmalıdır.