Doğum haqqında akt qeydinin 9-cu qrafasında yeni doğulan uşaq da daxil olmaqla, o cümlədən ölənlər də hesab edilməklə (ölü doğulmuşlar istisna olmaqla) ananın say üzrə neçənci uşağının doğulduğu yazılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

10-cu qrafada doğum faktını təsdiq edən tibbi şəhadətnamənin nömrəsi, verilmə tarixi və sənədi verən tibb müəssisəsinin adı əks olunur. Doğum faktı məhkəmə qaydasında təsdiq edildikdə qətnamənin tarixi, nömrəsi və qətnaməni çıxarmış məhkəmənin adı qeyd olunur. 11-13-cü qrafalarda atanın və ananın soyadı, adı və ata adı yazılır. 14-cü qrafada valideynlərin doğulduğu gün, ay, il və uşağın doğumunun dövlət qeydiyyatı gününə tamam olmuş yaşı qeyd edilir.