Hakimə etiraz məsələsinin necə həll edildiyi açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Etiraz məsələsini aşağıdakılar həll edir:

– birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı – həmin məhkəmənin sədri;

– birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü-özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası;

– birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi;

– apellyasiya və kassasiya instansiyası məhkəməsinin iki hakiminin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri.