İsrail Ordusu yenidən Qəəzanı bombalamağa başlayıb.
Heftelik.az-ın məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS Hərəkatı qalan 59 girovu azad etməsə hərbi əməliyyatlar dayanmayacaq.
Qəzzadakı səhiyyə qurumu İsrailin bölgəyə endirdiyi aviazərbələr zamanı azı 200 nəfərin həlak olduğunu açıqlayıb.
Ölənlərin əksəriyyətinin, yəni 107 nəfərin anklavın cənubunda yerləşən yaşayış məntəqələrinin sakinləri olduğu qeyd edilib.