Müalicədən sonra funksiyanın cüzi dərəcədə pozulması və ağrı sindromu ilə müşayiət olunan hemilaminektomiya, yaxud laminektomiya cərrahiyyə əməliyyatlarının nəticələri və disektemiyadan sonrakı boyunda cage qoyulan hallar “c” bəndinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Funksiyaların cüzi dərəcədə pozulması üçün bir nevromer zonasında həssaslığın natamam itməsi ilə təzahür edən hərəki və hissi pozulmalar, vətər refleksinin itməsi və ya zəifləməsi, ətrafların ayrı-ayrı əzələlərinin gücünün zəifləməsi (funksiyalarının ümumi kompensasiyası olduqda) səciyyəvidir.