Nikahın pozulması haqqında akt qeydinin 12-ci qrafasında şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.
13-cü qrafada müvafiq olaraq nikahı pozulan kişi və qadın imza edirlər. 14-cü qrafada nikahı pozulanların hər birinə verilən nikahın pozulması haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 15-ci “Qeydlər üçün” qrafada nikahın pozulmasının dövlət qeydiyyatı etibarnamə əsasında aparıldığı hallarda nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar göstərilir.