Konstruksiyaların mühafizəsi üçün ərintinin içərisinə batırılma ilə sinkləmə və alüminiumlama üsulu texnologiya ilə nəzərdə tutulmadıqda bənd 8.22-də göstərilmiş qazotermik püskürdülmədən istifadə edilməsinə yol verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Polad konstruksiyalar üçün elektrokimyəvi qorunma aşağıdakı hallarda nəzərdə tutulmalıdır:

– DÜİST 9.602 üzrə qruntlarda yerləşən qurğularda;

– cədvəl 26 -da verilmiş, qələvi məhlullarından başqa qeyri-üzvü maye mühitlərdə qismən və ya tamamilə maye kütləsinə batırılmış;

– rezervuarlarda su yığıldıqda, neft və neft məhsulları saxlanılan rezervuarların dib hissələrinin daxili səthləri.