Yeniyetmə dövründə rentgenoqramda fəqərə cisimlərinin rotasion yerdəyişməsi əlamətləri olmayan onurğa sütununun təsbit olunmamış yana doğru azacıq əyriliyi (5–8 dərəcə) təyin oluna bilər ki, bu da hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.