Yükdaşıyan polad konstruksiyaların layihələrində lak-boya örtüklərinin keyfiyyətinin DÜİST 9.032 üzrə hansı siniflərə uyğun olmalı və göstərilməli olduğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Yükdaşıyan polad konstruksiyaların layihələrində lak-boya örtüklərinin keyfiyyətinin DÜİST 9.032 üzrə aşağıda verilən siniflərə uyğun olmalı və göstərilməlidir: IV və ya V – orta və güclü aqressiv təsir dərəcəli mühitlər üçün, eləcə də zəif aqressiv və aqressiv olmayan mühitlərdəki işçi meydança zonalarında yerləşən konstruksiyalar üçün; IV-dən VI-ya qədər – zəif aqressiv və VII-yə qədər – aqressiv olmayan mühitlərdə istismar olunan digər konstruksiyalar üçün.