Torpaqlama qurğuları kimi istifadə olunan konstruksiyaların sənaye tezliyi dəyişən cərəyan təsirindən korroziya təhlükəsi, qruntda olan yeraltı konstruksiyaların armaturlarının xarici səthindən uzun müddət axan və 10 mA/dm2 həddini aşan cərəyanın sıxlığı ilə təyin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Azan cərəyanların təsirindən dəmir-beton konstruksiyaların korroziyadan mühafizə üsulları aşağıdakı qruplara ayrılır:

I – azan cərəyan mənbələrindən cərəyan itkilərinin məhdudlaşdırılması;

II – dəmir-beton konstruksiyalarda yerinə yetirilən passiv mühafizə;

III – passiv mühafizə mümkün olmadıqda və ya kifayət etmədikdə dəmir-beton konstruksiyalarda yerinə yetirilən aktiv (elektrokimyəvi) mühafizə.