Tüstü və qaztüstü baca boruların dəmir-beton gövdələrinin daxili səthlərinin, eləcə də xarici səthlərinin 80°C-yə qədər temperaturla təmasda olan hissələri, mühitin aqressiv təsir dərəcəsindən asılı olaraq cədvəl 13-ə və əlavə 3 -ə müvafiq olaraq lak-boya örtüklərlə mühafizə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Baca boru gövdələri və bünövrələrin kondensatın yaranması istisna olunmayan hissələri sıxıcı futerlənmə (materialla hörülmə) ilə qoruyucu mastikalı və ya yapışdırma mühafizə örtüklərlə qorunmalıdır.