Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlarına görə qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.

Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir. Üçbucaq aşağıdakı nöqtələrin birləşdirilməsi ilə qurulur:

– ayaqdarağının birinci sümüyü başçığının aşağı nöqtəsi (dabanaltı səthi);

– daban sümüyü qabarının aşağı nöqtəsi (dabanaltı səthi);

– qayığabənzər-pazşəkilli sümüklərin birləşdirilməsinin aşağı nöqtəsi.