Duru mineral gübrələrin, turşu və qələvilərin saxlanılması üçün karbonlu poladlardan layihələndirilmiş həcmlərin daxili səthlərinin mühafizəsi layihələndirilərkən, kimyəvi davamlı qeyri metal materiallarla futerlənməsi və ya mineral gübrə və turşuların saxlanılması üçün çənlərdə elektrokimyəvi mühafizə nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda konstruksiyalar futerləmə materiallarına temperatur təsirindən yaranan deformasiyaları nəzərə almaqla hesablanmalıdır. Bu növ rezervuar gövdələrinin qaynaq tikişləri uc-uca layihələndirilməlidir.